AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Toplantı sentyabrın 13-də AFFA-nın inzibati binasında gerçəkləşəcək.
Saat 15:00-da başlayacaq iclasın gündəliyinə bir sıra məsələlər daxildir:
1. Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş dəyişikliklərin təsdiqi
2. AFFA-nın Strategiyasının yazılmasına dair görülən işlərlə bağlı məlumat
3. Texniki Direktorun aşağı yaş qrupları üzrə milli komandalarla bağlı hesabatı
4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr
5. İntizam Komitəsinə yeni üzvlərin təsdiqi
6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi
7. Qadın Liqaların 2024/2025 mövsümü üçün təkliflərin müzakirəsi
8. Digər məsələlər