AFFA İntizam Komitəsinin iclası keçirilib
10.01.2025 - 16:40
AFFA İntizam Komitəsinin iclası keçirilib

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Yığıncaqda aşağıdakı qərarlar qəbul olunub:

27 dekabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən Neftçi PFK-Kəpəz PFK oyununda Kəpəz PFK komandasının heyətində N11 futbolçu Cavanşir Vəliyev qarşılaşmanın 59-cu dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

28 dekabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən Mübariz FA-Dinamo (Bakı) FK oyununda Mübariz FA komandasının heyətində protokolda adı qeyd edilməyən 4 oyunçu iştirak etdiyinə görə Mübariz FA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.6)

28 dekabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən Mübariz FA-Dinamo (Bakı) FK Dinamo (Bakı) FK komandasının heyətində N2 futbolçu Miri Tağızadə qarşılaşmanın 71-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

25 dekabr 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən Sabah FK-Turan Tovuz FK oyununda Turan Tovuz FK komandasının heyətində N1 futbolçu İlknur Babacanov qarşılaşmanın 68-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)

24 dekabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Qarabağ FK-Metak FK oyununda Metak FK komandasının baş məşqçisi Mehman Səfərov qarşılaşmanın 73-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 42.4)

26 dekabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən VƏTƏN İOEUGFMPHŞ –Dinamo (Bakı) oyununda Dinamo (Bakı) komandasının heyətində N15 futbolçu İbrahim Məmmədzadə qarşılaşmanın 19-cu dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)

29 dekabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən Asta FK-Birlik PFK oyununda Birlik PFK komandasının heyətində N6 futbolçu Ömər Babayev qarşılaşmanın 62-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

29 dekabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən Asta FK-Birlik PFK oyununda Asta FK komandasının heyətində N10 futbolçu Şahin Qasımzadə qarşılaşmanın 73-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 40.2)

29 dekabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən Asta FK-Birlik PFK oyununda Birlik PFK komandasının heyətində N22 futbolçu Bilal Axundzadə qarşılaşmanın 73-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 40.2)

29 dekabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən Asta FK-Birlik PFK oyununda Asta FK komandasının heyətində N7 Vahid Hacıyev qarşılaşmanın 76-cı dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

22 dekabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən Liman UFK-Young Pro oyununda Liman UFK komandasının heyətində N8 futbolçu Emin İsmayılov qarşılaşmanın 35-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 43.1)

22 dekabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən Liman UFK-Young Pro oyununda Young Pro komandasının heyətində N21 futbolçu Said Statema qarşılaşmanın 37-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 43.1)

22 dekabr 2024-cü il tarixində AFFA U-10 Liqasında keçirilən Neftçi PFK-Azərbaycan Qartalları oyununda Azərbaycan Qartalları komandasının koordinatoru Abdulkadir Öz hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 5 oyun cəzalandırılsın. (maddə 43.4)

28.12.2024-cü il tarixində keçirilməsi nəzərdə tutulan Yüksək Qızlar liqasının Qəbələ İK-Dirçəliş FK oyununa Qəbələ komandasının çıxa bilməməsi və ev sahibi komanda kimi oyunu təşkil edə bilməməsi (ev sahibi komandanın saatı bildirməməsi) səbəbilə oyun baş tutmadığına görə Qəbələ komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.4);

26.12.2024-cü il tarixində keçirilən futzal üzrə Ulduz – Dəstə Ordubad oyununda, Dəstə Ordubad komandasının qapıçısı Mirzağa Bağırlı oyunun 23-cü dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)

Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.

writer photo
Əlirza Əlirzalı
0