Avropa Superliqası 18 aydan sonra başlayacaq. Apasport.az xəbər verir ki, bu barədə ispaniyalı insayder Joakin Maroto məlumat verib.
Bu gün xarici KİV-də Avropa Məhkəməsinin FİFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən hərəkətlərini qanunsuz elan etdiyi barədə xəbərlər paylaşılıb.
Təşkilatların Avropada klub yarışlarında monopoliyası yoxdur. Superliqa indi Avropa qanunlarına uyğun olaraq rəsmi olaraq yaradıla bilər.
Qeyd edək ki, 2021-ci ilin mayında Superliqa layihəsini irəli sürənlər UEFA və FİFA-nı rəqabət qanunlarını pozmaqda ittiham etmişdi. Həmin ilin aprelində Avropanın 12 klubu Superliqanın yaradıldığını elan etmişdi. Bura İngiltərənin “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, İspaniyanın “Atletiko ”, “Barselona”, “Real", həmçinin İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları daxil idi.