Serbiyanın Çaçak şəhərində təşkil olunan boks üzrə “Qızıl əlcək” beynəlxalq turnirinin yarımfinal mərhələsinin döyüşləri keçirilib.
Apasport.az xəbər verir ki, yarışda iştirak edən milli komandamızın 1 idmançısı finala yüksəlib.
60 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov yarımfinalda serbiyalı Stefan Kamoviçi məğlub edib. O, 3:0 (28:27, 29:26, 29:26) hesabı ilə qələbə qazanıb. Rüstəmov finalda rusiyalı Nemət Səfərovla döyüşəcək.
Qeyd edək ki, təmsilçilərimizdən Ruslan Rüstəmovla (63,5 kq), Kamran Şahsuvarlı (75 kq) isə “Qızıl əlcəy”i bürünc medalla başa vurublar. Onlar müvafiq olaraq, Sandan Sandanova (Rusiya) və Aleksandar Serifoviçə (Serbiya) məğlub olaraq, 3-cü yeri tutublar.