"Zirə"nin kapitanı zədəsini sağaldıb
22.11.2024 - 15:56
"Zirə"nin kapitanı Qismət Alıyevin durumuna aydınlıq gəlib.
Apasport.az saytına verilən məlumata görə, müdafiəçi zədəsini tam olaraq sağaldıb.
Premyer Liqanın 13-cü turunun "Qarabağ"la (4:0) görüşündə topuğundan zədələnən və ilk hissədə əvəzlənən Alıyev müalicə olunub.
O, hətta komandasının iki məşqində də iştirak edib. Qəsəbə təmsilçisinin kapitanı şans veriləcəyi təqdirdə, Premyer Liqanın 14-cü turunun "Neftçi" ilə görüşündə də meydana çıxa biləcək.
Qeyd edək ki, "Neftçi" - "Zirə" matçı noyabrın 23-də keçiriləcək və bu görüşə 19:00-da start veriləcək.
- "Şamaxı"nın qapıçısı: "Fernandu Santuş Azərbaycan xalqını sevindirəcək, səbirli olmaq lazımdır"
- AFFA-da "Sabah" klubunun futbolçuları ilə görüş keçirilib
- Azərbaycan kikboksçusu dünya çempionu olub
- Anton Krivotsyuk yenidən Azərbaycana qayıdır - Özəl
- İlham Yadullayev kimlərə xidmət edir? - U-17 millimizdə skandal
0
0