Favr “Bornmut”da
14.07.2023 - 14:49
Favr “Bornmut”da

“Bornmut” yeni futbolçu transfer edib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Romen Favrın keçidini gerçəkləşdirib.

“Lion”un yarımmüdafiəçisi üçün 12,8 milyon funt sterlinq ödənilib. 23 yaşlı fransalı növbəti mövsümdə icarə əsasında “Loryan”da çıxış edəcək. O, 2024-cü ildə “Bornmut”a qoşulacaq.

Qeyd edək ki, ötən mövsümün ilk yarısını “Lion”, ikinci hissəsini icarə əsasında “Loryan”da keçirən Favr Liqa1-in 26 matçında 5 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0