“Çelsi”nin müdafiəçisinə təklif
17.07.2023 - 18:18
“Çelsi”nin müdafiəçisinə təklif

“Çelsi”nin futbolçusu İtan Ampadu yay transfer pəncərəsində klubunu dəyişməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, müdafiəçinin xidmətində “Lids” maraqlıdır.

Ampadu bu komandanın transfer siyahısında yer alıb. 22 yaşlı uelsli ilə bağlı ilk təklif göndərilib. “Çelsi” rəhbərliyi bu müraciəti cavablandırmayıb.

Qeyd edək ki, Ampadu ötən mövsüm icarə əsasında “Spetsiya”da forma geyinib.

writer photo
Əlirza Əlirzalı
0