Mertensə ərəblərdən təklif var
24.01.2024 - 00:58
Mertensə ərəblərdən təklif var

"Qalatasaray"ın belçikalı ulduzu Dris Mertens karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az "Fotomaç"a istinadən xəbər verir ki, futbolçuya “Əl-İttihad”dan təklif gəlib.

36 yaşlı yarımmüdafiəçi hələ ki, ərəb klubuna konkret cavab verməyib.

Xatırladaq ki, Mertens “Gent”, “Utrext”, PSV, “Napoli”də oynadıqdan sonra 2022-ci ildə “Qalatasaray”a keçib.

Onun Türkiyə nəhəngi ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.

writer photo
Əlirza Əlirzalı
0