Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı medal sıralamasına görə Azərbaycan 15-ci pillədədir.
Apasport.az-ın xəbərinə görə, komandanın aktivində hələ ki 1 medal var. Cüdoçumuz Hidayət Heydərov 73 kq çəki dərəcəsində ötən gün olimpiya çempionu adını qazanıb.
Ölkəmizlə birlikdə Rumıniya və Özbəkistan da bir qızıl medalla 15-cidir.
Siyahıya 6 qızıl, 2 gümüş və 4 bürünc mükafatla Yaponiya kollektivi başçılıq edir. Meydan sahibi Fransa (5 qızıl, 8 gümüş və 3 bürünc) ikinci, Çin (5 qızıl, 5 gümüş, 2 bürünc) üçüncü yerdədir.
Qeyd edək ki, Türkiyə də ilk medalını olimpiadanın 3-cü günündə qazanıb. 1 bürünc medalla qardaş ölkə təmsilçiləri 26-cı pillədə qərarlaşıb.
Paris-2024 Olimpiadasında medal sıralaması