Çempionlar Liqasında belə şey olmamışdı
08.09.2022 - 10:31
Çempionlar Liqasında belə şey olmamışdı

Antuan Qrizmann Çempionlar Liqası tarixində ən gec qolun müəllifi olub.

Apasport.az saytının məlumatına görə, “Atletiko”nun hücumçusu “Porto” ilə qarşılaşmanın startından 100 dəqiqə 18 saniyə sonra qol vurub. 

Bu qol madridlilərə 2:1 hesablı qələbə qazandırıb. Qrizmann “Atletiko”nun digər oyunçusu Luis Suaresin rekordunu arxada qoyub. Uruqvaylı ötən mövsüm “Milan”a 96 dəqiqə 21 saniyədən sonra qol vurmağı bacarıb.

Qeyd edək ki, “Atletiko” – “Porto” matçındakı bütün qollar ikinci hissəyə artırılan dəqiqələrdə vurulub.
 

writer photo
Əlirza Əlirzalı
0