Roma Papasını klub həkimi müalicə edəcək
25.11.2022 - 20:46
Roma Papasını klub həkimi müalicə edəcək

“Atletiko”nun həkimi Xose Mariya Vilyalon Roma Papası Fransiskin dizini müalicə edəcək.

Apasport.az saytının məlumatına görə, ortopedik cərrahiyyə və travmatologiya üzrə mütəxəssis 86 yaşlı Fransiskin müalicəsi üçün yollanan qrupun üzvüdür.

Roma Papasının xroniki diz ağrısının olduğu, onu arabir əlil arabasından istifadəyə məcbur etdiyi bildirilir ki, bu da bir sıra səfərlərin təxirə salınmasına səbəb olur. Vilyalonun sözlərinə görə Roma Papası müxtəlif oynaqları zədələyən artritdən əziyyət çəkir.

Qeyd edək ki, Roma Papası 2021-ci ilin iyulundakı cərrahi müdaxilə zamanı istifadə edilən anesteziyadan mənfi nəticələr alındığı üçün əməliyyatı istisna edib.
 

writer photo
Əlirza Əlirzalı
0