Zakkeroni reanimasiyaya yerləşdirildi – huşunu itirdi
11.02.2023 - 10:57
Zakkeroni reanimasiyaya yerləşdirildi – huşunu itirdi

Tanınmış italiyalı mütəxəssis Alberto Zakkeroni xəstəxanaya yerləşdirilib.

Apasport.az saytı xəbər verir ki, "İnter", "Milan" və "Yuventus"un 69 yaşlı sabiq baş məşqçisi evində yıxılaraq huşunu itirib. 

Buna onun başının yerə dəyməsi səbəb olub. Təcili yardım maşını ilə xəstəxanaya aparılan Zakkeroni reanimasiyaya yerləşdirilib. 

Məşqçiyə beyin silkələnməsi, həmçinin kəllə-beyin travması diaqnozu qoyulub.

writer photo
Əlirza Əlirzalı
0