AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
22.11.2024 - 10:43
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin iclasında üzv olaraq iştirak edib.

Apasport.az xəbər verir ki, iclas UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub.

Toplantı zamanı komitə üzvləri tərəfindən aşağıdakı məsələlər müzakirə olunub:

- Cari mövsümdən etibarən UEFA tərəfindən klublar üçün nəzərdə tutulmuş həmrəylik ödənişlərinin lisenziyalaşdırma prosesi ilə əlaqələndirilməsi;

- Ötən mövsüm ərzində lisenziyalaşdırma sistemi ilə əlaqədar UEFA tərəfindən görülmüş işlərin icmalı;

- Bir qurum və ya şəxs tərəfindən bir neçə klubun sahibliyi (multi-klub sahibliyi) ilə əlaqəli qaydalar;

- UEFA tərəfindən dərc olunmuş statistik hesabatın icmalı və digər məsələlər.

writer photo
Əlirza Əlirzalı
0