İtaliya klubu "Fənərbaxça"lı futbolçu ilə maraqlanır
22.11.2024 - 14:47
İtaliya A Seriyası təmsilçilərindən “Bolonya” Türkiyənin “Fənərbaxça” klubunda çıxış edən İsmail Yüksek üçün futbolçunun meneceri ilə görüşüb.
Apasport.az xəbər verir ki, son illərdə öz oyunu ilə bir çox Avropa klubunun diqqətini çəkən İsmail üçün İtaliya təmsilçisi qış "transfer pəncərəsi"ndə təklif göndərməyə hazırlaşır.
“Sarı-lacivərdlilər” oyunçunu satmağa müsbət yanaşır.
Qeyd edək ki, İsmail Yüksek “Fənərbaxça”ya 2020-ci ildə 65 min avro qarşılığında “Gölcükspor”dan transfer olunmuşdu.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0