"Basketbolda elə olur ki, oyun sadəcə alınmır" - Tahir Baxşıyev
17.04.2024 - 20:15
"Basketbolda elə olur ki, oyun sadəcə alınmır" - Tahir Baxşıyev

“Oyuna çox pis başladıq. İlk hissədə rəqib çox xal toplaya bildi”.

Apasport.az xəbər verir ki, bunu NTD-İNDİQO-nun baş məşqçisi Tahir Baxşıyev deyib.

Gənc mütəxəssis Azərbaycan kubokunun yarımfinalında "Xəzri"yə 73:78 hesablı məğlubiyyəti şərh edib: “Sonrakı üç periodda rəqibə çatmağa çalışırdıq. Uşaqlar əllərindən gələni etdilər. Ancaq ilk perioddakı hesab oyunda məğlubiyyətə səbəb oldu. Biz bu oyunu təhlil edəcəyik. Atışlarımız da yaxşı alınmadı. Çox nüanslar var. Basketbolda elə olur ki, oyun sadəcə alınmır. "Xəzri"ni təbrik edirəm. Onların yerli oyunçuları Səid İsmayılov və Vüqar Məmişov bu gün çox yaxşı oynadılar".

Qeyd edək ki, “Xəzri” finalda “Neftçi” – “Sərhədçi” görüşünün qalibi ilə qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0