“Qarabağ”dan Benziaya yeni təklif
30.11.2023 - 15:51
“Qarabağ”dan Benziaya yeni təklif

"Qarabağ" aparıcı futbolçularını komandada saxlamaq istəyir. 

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi anlaşması 2025-ci il iyunun 30-da başa çatacaq Yassin Benzia ilə müqavilə müddətini də artırmaq niyyətindədir. 

Avropa Liqasının qrup oyunları başa çatdıqdan sonra onunla danışıqlar aparılacaq. Əlcəzairliyə daha bir illik müqavilə təklif ediləcək. "Qarabağ" ondan əvvəl Julio Romaonun müqavilə müddətini artırmaq üçün danışıqlar aparıb.

Qeyd edək ki, Benzia bu ilin yanvarında "Qarabağ"la müqavilə imzalayıb.

writer photo
Əlirza Əlirzalı
0