"Mançester Yunayted" "Atalanta"nın futbolçusu uğrunda mübarizəyə qoşulub
22.11.2024 - 16:47
İtaliya klublarından "Atalanta"nın hücumçusu Ademola Lukman klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, “Mançester Yunayted” də nigeriyalı uğrunda mübarizəyə qoşulub.
Mankunianların yay "transfer pəncərəsi"ndə keçidi tamamlamağı planlaşdırdığı qeyd edilir.
Daha əvvəl mediada dəfələrlə Avropanın bir sıra top klublarının, o cümlədən "Real Madrid"in Lukmanla maraqlanması ilə bağlı məlumatlar yayılıb.
27 yaşlı nigeriyalı bu mövsüm "Atalanta" ilə 14 matçda iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun transfer qiyməti 40 milyon avro olaraq qiymətləndirilir.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0