50 milyonluq transfer
23.07.2023 - 00:41
50 milyonluq transfer

“Aston Villa ”Mussa Diabinin transferini yekunlaşdırıb.

Apasport.az-ın məlumatına görə, Fransa yığmasının üzvü ilə müqavilə imzalanıb.

24 yaşlı futbolçu Birmingem klubu ilə 5 illik razılıq əldə edib. Diabinin çıxış etdiyi Leverkuzen “Bayer”i isə bu transferdən 50 milyon qazanıb. Yarımmüdafiəçinin Səudiyyə Ərərbistanından təklif alsa da, o, karyerasını Avropada davam etdirməyə qərar verib. 

Qeyd edək ki, Mussa Fransa yığmasında 10 oyun keçirib. O, “Bayer”in heyətində ötən mövsümdə 48 oyunda 14 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0