İsveçrə klubu Dadaşovun Türkiyəyə qayıdışına mane olur
03.07.2024 - 20:51
İsveçrə klubu Dadaşovun Türkiyəyə qayıdışına mane olur

Azərbaycan milli komandasının forvardı Renat Dadaşovun yeni sezona harada başlayacağı hələ də, bəlli deyil.

Apasport.az saytına verilən məlumata görə, ötən mövsümü icarə əsasında "Hatayspor"da keçirmiş forvard yenidən Türkiyədə oynamaq niyyətindədir. Lakin "Qrasshopper" onun Türkiyəyə qayıtmasına mane olur. Məsələ burasındadır ki, Türkiyə Birinci Liqasında mübarizə aparan "Kocaelispor" və "Amedspor" Renatı heyətinə qatmaq istəyib. Lakin İsveçrə təmsilçisi həm icarə, həm də transfer üçün yüksək məbləğ tələb edib. Ona görə də, Renatın Türkiyəyə keçidi hələ ki, baş tutmayıb. Millimizin forvardı üçün lazım olan məbləğ ödənilməsə, Dadaşov 2024/2025 sezonuna "Qrasshopper"də başlayacaq.

25 yaşlı futbolçu 2025-ci il iyunun 30-na qədər "Qrasshopper"ə məxsusdur. O, karyerası ərzində "Ayntraxt"(Frankfurt), "Pakoş Ferreyra", "Vulverhempton", "Tondela", "Eştoril" komandalarında oynayıb.

writer photo
Əlirza Əlirzalı
0