İspaniya klubunda 10 illik müqavilə
14.06.2022 - 22:37
İspaniyanın “Levante” klubu futbolçusu Xose Luis Qarsia Vaya ilə yeni müqavilə imzalayıb.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi ilə anlaşma 10 il müddətinə nəzərdə tutulub.
Valensiya təmsilçisinin öz yetirməsi olan 23 yaşlı oyunçu 2032-ci ilədək bu klubda çıxış edəcək. Belə uzunmüddətli müqavilələr futbolda nadir hadisə olsa da, İspaniyada ilk deyil. Bir neçə il əvvəl “Atletik” İnyaki Uilyamsla 9 illik anlaşmışdı.
Qeyd edək ki, “Levante” ötən mövsümün yekunlarına əsasən La Liqadan Sequndaya yuvarlanıb.
0
0