DÇ-2022: Fransa millisində növbəti itki
14.11.2022 - 15:07
DÇ-2022: Fransa millisində növbəti itki

Fransa millisi DÇ-2022 ərəfəsində daha bir itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, bunu Fransa Futbol Federasiyası açıqlayıb.

PSJ-nin müdafiəçisi Presnel Kimpembe Qətərdəki mundialda iştirak etməyəcək. Onun əvəzinə “Monako”nun mərkəz müdafiəçisi Aksel Disasi yığmaya çağırılıb. Bu dəyişikliyə Kimpembenin zədəsi səbəb olub.

Qeyd edək ki, Disasi cari mövsümün 23 oyununda 3 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0