“Qalatasaray” onu derbidə oynada bilər
19.12.2022 - 11:55
“Qalatasaray” onu derbidə oynada bilər

“Qalatasaray”ın əsas heyət futbolçusu Mauro İkardi tezliklə meydana qayıdacaq. 

Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu zədəsini sağaltmaq üzrədir. 

Müalicə üçün ölkəsinə gedən 29 yaşlı futbolçu İstanbula qayıdıb. Bu mövsüm oynadığı 6 görüşdə 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan İkardinin artıq məşqlərə başladığı bildirilir. 

Klub həkimlərinin nəzarətində olan futbolçunun “Fənərbaxça” ilə derbi matçına qədər hazır olmaq şansı var.

Qeyd edək ki, İkardi dünya çempionatı ilə bağlı yaranan fasilədə məşqdə zədələnib. O, təxminən 3 həftəlik sıradan çıxmışdı. 

writer photo
Əlirza Əlirzalı
0