Poqbanın möcüzə ümidi
31.10.2022 - 15:59
“Yuventus”un futbolçusu Pol Poqba yenidən zədələnib.
Apasport.az saytının məlumatına görə, məşqləri yeni bərpa edən fransalı yarımmüdafiəçi hazırlıq prosesində xəsarət alıb.
Onun bərpa prosesi ən azı 10 gün sürəcək. Pol Qətərdəki DÇ-2022-nin startına qədər “Yuventus” forması geyinə bilməyəcək. Yarımmüdafiəçinin Fransa millisi ilə mundialda iştirak şansı möcüzə ilə hesab olunur. 29 yaşlı futbolçunun yalnız 2023-cü ildə tam hazır olacağı gözlənilir.
Qeyd edək ki, Poqba əməliyyat olunduğu üçün cari mövsümdə heç bir rəsmi matça çıxmayıb.
0
0