Üç futbolçu dəyəri 117 milyon avro
06.07.2023 - 22:51
Üç futbolçu dəyəri 117 milyon avro

“Mançester Yunayted” üç futbolçu ilə yollarını ayırmağa hazırdır.

Apasport.az-ın məlumatına görə, söhbət Harri Maquayr, Entoni Elenqa və Freddən gedir.

Mankunianlar bu satışdan 117 milyon avrodan gəlir əldə etməyi planlaşdırırlar. Komanda yay transferlərinə 140 milyon avro ayırıb və onun yarısı Meyson Mauntun keçidinə xərclənib. Klub rəhbərliyi yeni oyunçuları heyətə qatmaq üçün adıçəkilən futbolçularla yolları ayırmalıdır.

Qeyd edək ki, başa çatan mövsümdə Maquayr 16, Fred 35, Elanqa isə 16 oyunda meydana çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0