"Fənərbaxça" Çempionlar Liqası ilə vidalaşdı - YENİLƏNİB
13.08.2024 - 23:46
"Fənərbaxça" Çempionlar Liqası ilə vidalaşdı - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Apasport.az xəbər verir ki, pley-off mərhələsinə vəsiqə qazanaraq Çempionlar Liqasına bir addım yaxınlaşmaq istəyən "Fənərbaxça" doğma meydanda "Lill"i qəbul edib.

Yeni mövsümə Joze Mourinyonun rəhbərliyi altında başlayan "Fənərbaxça" Fransa təmsilçisini keçə bilməyib. Oyunun əsas vaxtını qalib başa vuran meydan sahibləri əlavə vaxtda qapısında gördüyü qolla Çempionlar Liqasında mübarizəni dayandırıb - 1:1.

Qeyd edək ki, İstanbul klubu mübarizəni Avropa Liqasında davam etdirəcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunları

13 avqust

21:00 APOEL (Kipr) – Slovan (Slovakiya) 0:0
İlk oyun: 0:2

21:00 Budyo-Qlimt (Norveç) – Yagelloniya 4:1 (Polşa)
İlk oyun: 1:0

21:00 Fənərbaxça (Türkiyə) – Lill (Fransa) 1:1

Qol: Diakite, 90+1 (öz qapısına) - C. David, 118 (pen)

İlk oyun: 1:2

21:00 Tvente (Niderland) – Zalsburq (Avstriya) 3:3
İlk oyun: 1:2

21:30 PAOK (Yunanıstan) – Malmö (İsveç) 3:4

İlk oyun: 2:2

22:00 Ferentsvaroş (Macarıstan) – Midtyulland (Danimarka) 1:1
İlk oyun: 0:2

22:00 Ludoqorets (Bolqarıstan) – Qarabağ (Azərbaycan) 2:4
İlk oyun: 2:1

22:30 Styaua (Rumıniya) – Sparta (Çexiya) 2:3
İlk oyun: 1:1

22:30 Yunion (Belçika) – Slaviya (Çexiya) 0:1
İlk oyun: 1:3

22:45 Reyncers (Şotlandiya) – Dinamo (Ukrayna) 0:2
İlk oyun: 1:1

writer photo
Əlirza Əlirzalı
0