“Nyukasl”dan 41 milyonluq təklif
08.07.2023 - 12:34
“Nyukasl” daha bir futbolçuya elçi düşüb.
Apasport.az saytı xəbər very ki, Premyer Liqa klubu “Lester”in hücumçusu Harvi Barnesi gözaltı edib.
25 yaşlı ingilis futbolçunun transferi üçün danışıqlara başlayan “sağsağanlar” qarşı tərəfə 41 milyon avro təklif edib. “Aston Villa” və “Vest Hem” komandaları da forvardı heyətə cəlb etmək uğrunda mübarizəyə qoşulublar.
Qeyd edək ki, Barnes ötən mövsüm 40 matçda 13 qol və 3assistlə yadda qalıb.
0
0