Erlinq Haaland “Mançester Siti”ni tərk etməyə yaxındır.
Apasport.az xəbər verir ki, hücumçunun xidmətində “Barselona” ciddi şəkildə maraqlıdır.
Buna səbəb kataloniyalıların prezidenti Xuan Laportanın 2026-cı ildə keçirilməsi planlaşdırılan seçkilərdə öz yerini möhkəmlətmək istəyidir.
İqtisadi cəhətdən sıxıntılı günlər keçirən kluba transfer üçün yardım “Nike” şirkəti tərəfindən göstəriləcək.
Həmçinin Haalandın özü də “Mançester Siti”dən ayrılmaqda qərarlıdır.
Baş məşqçi Pep Qvardiolanın mövsümün sonunda komandanı tərk etməsi və mançesterlilərin bir çox qadağalarla üz-üzə qalması transferin reallaşmasına şərait yaradır.
Qeyd edək ki, norveçli “şəhərlilər”in heyətində çıxdığı 105 matçda 100 qol vurmağı bacarıb.