Premyer Liqa klubunda dörd vida
27.05.2022 - 14:36
Premyer Liqa klubunda dörd vida

“Vest Hem” dörd futbolçu ilə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

İngiltərə təmsilçisi müqaviləsi başa çatan bu oyunçularla yeni anlaşma imzalamayıb. Bunlar Andrey Yarmolenko, Mark Nobl, David Martin və Rayan Frederiksdir.

“Vest Hem”in kapitanı olan Nobl karyerasını başa vurub. O, 18 ildə 550 matça çıxıb və 62 qol vurub. Yarmolenko bu klubda 4 ildə 86 oyunda 13 qola imza atıb. Frederiks 2018-ci, Martin 2019-cu ildən Premyer Liqa klubunda forma geyinib.
 

writer photo
Əlirza Əlirzalı
0