“Mançester Yunayted”in yeni planı
08.08.2022 - 17:00
“Mançester Yunayted” Adrian Rabionu transfer etməyə qərar verib.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu fransalı yarımmüdafiəçinin şərəfini qoruduğu “Yuventus”la danışıqlara başlayıb.
Frenki de Yonqun keçidi qeyri-müəyyən olduğundan mançesterlilər alternativ variantlara əl atmağı lazım bilib. Bu üzdən də Rabionun transferi gündəmə gəlib. Lakin klub rəhbərliyi hələ futbolçunun özü ilə də razılıq əldə etməlidir.
Qeyd edək ki, Adrian 2019-cu ildən Turin klubunda çıxış edir.
0
0