"Fənərbaxça"dan Stefan Saviçə TƏKLİF
02.01.2024 - 14:51
"Fənərbaxça"dan Stefan Saviçə TƏKLİF

"Fənərbaxça"nın müdafiəçi transferi üçün ilk seçimi "Atletik"dən Stefan Saviç olub. 

Apasport.az "Sabah"a istinadla xəbər verir ki, "sarı-göylülər" monteneqrolu futbolçu üçün rəsmi təklif göndərib.

"Fənərbaxça" rəhbərliyi Saviç üçün 2 illik müqavilə təklif edir. Təcrübəli futbolçunun bu təklifə müsbət baxdığı, ancaq 3 milyon avro maaş tələb edəcəyi bildirilib.

Qeyd edək ki, İstanbul nəhənginin transfer siyahısında "Tottenhem"dən Erik Dayer və "Atletiko"dan türkiyəli futbolçu Çağlar Söyüncü də var.

 

writer photo
Əlirza Əlirzalı
0