"Bayer" Virtsə qiymət qoydu
28.11.2023 - 16:39
"Bayer" Virtsə qiymət qoydu

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan "Bayer" futbolçusu Florian Virtsin transferi üçün 120-130 milyon avro tələb edir.

Apasport.az xəbər verir ki, gənc istedad "Bavariya"ya keçmək arzusundadır.

Münhen təmsilçisi "Bayer"in tələbi ilə razılaşsa, oyunçu qarşıdakı transfer pəncərələrində dəyişə bilər. Onun qışda, ən gec isə yayda “Bavariya”ya qoşulacağı gözlənilir.

Qeyd edək ki, Florian Bundesliqanın cari mövsümündə 12 oyunda 3 qol vuraraq, 5 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0