Suareslə Messinin yolu yenidən kəsişə bilər
22.10.2023 - 15:43
Suareslə Messinin yolu yenidən kəsişə bilər

“İnter Mayami” Messinin daha bir dostunu komandaya cəlb edəcək.

Apasport.az saytı xəbər verir ki, söhbət Luis Suaresdən gedir.

Hazırda “Qremio”da çıxış edən uruqvaylı forvard qışda komandanı tərk edəcək. Onun Braziliya klubu ilə müqaviləsi başa çatacaq. “İnter Mayami” rəhbərliyinin Suareslə maraqlandığı və baş məqşçinin bu transferə müsbət rəy verdiyi bildirilir.

Qeyd edək ki, ABŞ klubunda Lionel Messi ilə yanaşı “Barselona”nın keçmiş üzvləri Jordi Alba və Serxio Buskets də forma geyinir. 
 

writer photo
Əlirza Əlirzalı
0