Dünya çempionları Bundesliqa klubunda
11.09.2022 - 21:04
Dünya çempionları Bundesliqa klubunda

Almaniya millisinin sabiq futbolçuları Sami Hedira və Filipp Lam “Ştutqart”da çalışacaq.

Apasport.az saytının məlumatına görə, bunu Bundesliqa klubunun mətbuat xidməti açıqlayıb.

Futbol veteranlarına Ştutqartın eyadlı təmsilçisində vəzifə verilib. Hedira və Lam bu klubda rəhbərliyin məsləhətçisi kimi işləyəcək. Onlar baş direktor Aleksandr Verle ilə birgə çalışacaq.

Qeyd edək ki, Hedira və Lam DÇ-2014-ün dünya çempionlarıdır.
 

writer photo
Əlirza Əlirzalı
0