Super Liqa təmsilçilərindən "Fənərbaxça" "Adidas"la 5 illik razılığa gəlib.
Apasport.az xəbər verir ki, bu barədə türkiyəli idman jurnalisti Yağız Sabuncuoğlu məlumat yayıb.
"Fənərbaxça" bu müqavilədən illik 8 milyon avro qazanacaq.
"Adidas"ın hər il 4 milyon avro dəyərində məhsul dəstəyi verməsi ilə "Fənərbaxça"nın illik gəliri 12 milyon avroya çatacaq. Müqaviləyə bir sıra idman növləri daxil ediləcək.
"Adidas" çempion olduqları hər növə görə kluba “pul mükafatı” verəcək.
Həmçinin yeni forma dizaynları 2025-ci ildə azarkeşlərə təqdim ediləcək.
Qeyd edək ki, "Adidas" daha əvvəl də "Fənərbaxça"nın forma sponsorluğunu öz üzərinə götürmüş və klub tarixinin mühüm dövrlərində "sarı-lacivert" formalar istehsal etmişdi.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA