Qvardiola Luçeskuya çatdı
11.06.2023 - 14:38
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola karyerasında 35-ci tiltulunu qazanıb.
Apasport.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis bu göstəricidə Mirça Luçeskuya çatıb.
Onlar siyahıda 2-3-cü yerləri bölüşürlər. Ən çox kuboku qazanan məşqçi isə Aleks Fergüssondur. Şotlandiyalı mütəxəssisin hesabında 49 titul var.
Qeyd edək ki, Qvardiola “Mançester Siti” və “Barselona”da 14, “Bavariya”da isə 7 kubok əldə edib.
0
0