Tahir Gözəl: "Xalqımızı sevindirməyə çalışacağıq"
03.06.2024 - 00:00
Tahir Gözəl: "Xalqımızı sevindirməyə çalışacağıq"

"Qarabağ"ın prezidenti Tahir Gözəl Azərbaycan Kubokunun "Zirə" ilə final matçından sonra açıqlamalar verib.

Apasport.az klub rəhbərinin fikirlərini diqqətinizə çatdırır:

- Çox gərgin oyun oldu. Son dəqiqələrə qədər matçın əlavə vaxta gedəcəyini düşünürdüm. Rəşad Sadıqovun məharəti ortada idi. Bu kubok Avropa yolunda bizə motivasiya olacaq. 

- "Real" Çempionlar Liqasının qalibi olandan sonra "Qarabağ"ın II mərhələdən başlayacağı dəqiqləşdiBukomandaya necə təsir edəcək?

- Buna görə qrup mərhələsinə bir pillə yaxın olacağıq. Artıq "Qarabağ" hər azərbaycanlının ürəyində özünə yer tapan çox önəmli klubdur. Xalqımızı sevindirməyə çalışacağıq.

- Çempionlar Liqasında qrup mərhələsinin formatı dəyişibHazırkı formatda "Qarabağ" qrupa düşə bilər?

- Sonda qarşımıza nəhəng klublar çıxır. Avropada asan oyun yoxdur. Əsas odur ki, bizim hazırlığımız yüksək səviyyədə olsun. İnanıram "Qarabağ"ın savaşçı ruhu bizi Çempionlar Liqasının qrupunu aparacaq.

writer photo
Əlirza Əlirzalı
0