Stefan Akka: "Osiyek"i analiz etməyə başlamışıq"
04.08.2024 - 14:18
Stefan Akka: "Osiyek"i analiz etməyə başlamışıq"

“Zirə”nin müdafiəçisi Stefan Akka Apasport.az saytına açıqlama verib.

O, komandasının “DAK 1904” klubu ilə görüşdəki qələbəsini şərh edərək, hər iki görüşün çətin keçdiyini vurğulayıb:

"Slovakiyada da qalib gəldik. Bu da çox sevindirici haldır. Amma deyim ki, hər iki görüş çətin alındı. Özünüz görürsüz, hətta 4 qol vurduqda nələrin ola biləcəyini ehtimal etmək mümkün deyil. Futboldur da, hər şey baş verə bilir. Şadam ki, xarakter göstərdik və qalib gəldik".

O, “Şerif”lə görüşdən sonra komandanın daha istəkli, daha səliqəli oynaması, həmin görüşdən yaxşı dərs çıxarmağınızın göstəricisdir?” sualına isə cavabı bu cür olub: “Dərs deyil. Amma başa düşürük ki, yaxşı səviyyəyə çatırıq və bunu yaxşı komandaya qarşı göstəririk. “Şerif”lə görüşdəki məğlubiyyə bizə növbəti oyunlar üçün daha çox inam və güc verdi. Çünki meydanda yaxşı mübarizə aparmışdıq. Amma artıq qarşımıza baxırıq”.

Qanalı futbolçu “Zirə”nin Konfrans Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi olan “Osiyek”lə matçlardakı şanslarından da bəhs edib:

“Artıq “Osiyek”i analiz etməyə başlamışıq. Rəqib yaxşı komandadır. Amma biz də əlimizdən gələni edəcəyik ki, pley-off mərhələsinə vəsiqə qazanaq. 

Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq? Gəlin addım-addım irəliləyək. İndi növbəti mərhələdə qarşılaşacağımız “Osiyek”lə görüşə fokuslanaq. Sonrasına isə zamanı gələndə düşünərik”.

writer photo
Əlirza Əlirzalı
0