Rusiya klubunda çıxış edən futbolçu milliyə cəlb olunacaq
31.07.2024 - 15:58
Rusiya klubunda çıxış edən futbolçu milliyə cəlb olunacaq

AFFA daha bir futbolçunun xidmətində maraqlıdır və milliyə cəlb etmək istəyir.

Apasport.az-ın əldə etdiyi məlumata görə, ÇSKA-nın yetirməsi, hazırda isə “Rodina” klubunda çıxış edən Ruslan Fişenko əsas millimizə cəlb oluna bilər.

Əslində, Fişenko Azərbaycan futbolu üçün yad sima deyil. Belə ki, o, vaxtı ilə Azərbaycanın U-19 yığmasının təlim-məşq toplanışına dəvət edilmişdi və hətta “Qarabağ”a keçidi də an məsələsi olmuşdu. Lakin sonda onun Ağdam klubuna transferi baş tutmamışdı. Sonradan Rusiyaya qayıdan Fişenko “Rostov”, “Veles”, “Ufa” komandalarında oynamışdı.

“Rodina” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan Fişenkonun Azərbaycan yığmasında oynayıb-oynamayacağı yaxın vaxtlarda dəqiqləşə bilər. Fişenko əslən azərbaycanlıdır. Onun atası azərbaycanlı, anası rusiyalıdır.

writer photo
Əlirza Əlirzalı
0