Mahir ehtiyatda qaldı, "Dinamo" qalib gəldi
04.12.2023 - 22:51
Futbol üzrə Xorvatiya çempionatında 17-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Slaven"nın qonağı olub. Qarşılaşma Zaqreb təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir bu görüşün iştirakçısı olmayıb. 26 yaşlı hücumçu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Xallarını 30-a yüksəldən "Dinamo" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Paytaxt klubu rəqiblərindən iki oyun az keçirib.
0
0