İspaniya Kral Kuboku: "Atletik" "Barselona"ya qarşı
19.01.2024 - 18:10
İspaniya Kral Kuboku: "Atletik" "Barselona"ya qarşı

İspaniya Kral Kubokunda 1/4 final mərhələsinin cütlükləri bəlli olub

Apasport.az xəbər verir ki, turnirin favoritlərindən olan “Barselona” “Atletik”lə Bilbaoda üz-üzə gələcək.

“Selta” “Real Sosyedad”ı, “Mayorka” “Jirona”nı, “Atletiko” isə “Sevilya”nı sınağa çəkəcək. Qarşılaşmanın qalibi yarımfinala yüksələcək.

Qeyd edək ki, 1/4 final oyunları yanvarın 23-25-i aralığında keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0