İngiltərə AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanıb.
Apasport.az saytı xəbər verir ki, ingilislər doğma meydanda son Avropa çempionu İtaliyanı məğlub ediblər.
Bu uğursuzluqdan sonra "Skaudra Adzurra" içini çətinə salıb. Komanda son turda üç xal geri qaldığı Ukrayna komandası ilə qarşılaşacaq. Buna kimi, italiyalılar doğma azarkeşlər qarşısında Şimali Makedoniya ilə münasibətlərə aydınlıq gətirəcəklər.
Qazaxıstan komandası səfərdə Finlandiya ilə görüşdə əzmkar qələbə qazanıb. Bu nəticə komandaya final mərhələsinə yüksəlmək üçün ümid verib.
AVRO-2024, qrup mərhələsi
17 oktyabr
C qrupu
Malta - Ukrayna - 1:3
Qollar: Mbonq, 13 - Kamenzuli, 38. Dovbik, 42. Mudrıx, 85
İngiltərə - İtaliya - 3:1
Qollar: Keyn, 32 (pen.); 77. Reşford, 57 - Skamakka, 15
İngiltərə – 16, Ukrayna – 13, İtaliya – 10, Şimali Makedoniya – 7, Malta – 0 xal.
G qrupu
Litva - Macarıstan - 2:2
Qollar: Çernix, 20. Sirvis, 36 - Sobozlai, 67. Varqa, 82.
Sebiya - Monteneqro - 3:1
Qollar: Mitroviç, 9; 73. Tadiç, 77 - Yovetiç, 36
Macarıstan - 14, Serbiya – 13, Monteneqro – 8, Litva – 6, Bolqarıstan - 2 xal.
H qrupu
Finlandiya - Qazaxıstan - 1:2
Qollar: Teylor, 28 - Zaynutdinov, 77 (pen.); 89
Şimali İrlandiya – Sloveniya - 0:1
Qol: Qnezda Çerin, 5
San-Marino – Danimarka - 1:2
Qollar: Qoluniççi, 61 - Hoylund, 42. Poulsen, 70
Sloveniya – 19, Danimarka – 19, Qazaxıstan – 15, Finlandiya – 12, Şimali İrlandiya – 6, San-Marino – 0 xal.