İsmayıl Zülfüqarlı: “Tam hazır olacağıq”
16.01.2023 - 12:02
İsmayıl Zülfüqarlı: “Tam hazır olacağıq”

“Hazırlıq yaxşı şəraitdə keçir”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu İsmayıl Zülfüqarlı deyib.

22 yaşlı yarımmüdafiəçi Bakı klubunun Türkiyə toplanışını dəyərləndirib: “İki oyun keçirmişik. Qələbə qazanmamışıq. Amma bu matçlar bizə kömək edir. Növbəti qarşılaşmada qalib gəlməyə çalışacağıq. Uşaq futbolundan bu mövqedəyəm. 2-3 fərqli mövqedə çıxış etmək problem deyil. Məşqçi harada şans versə, orada oynayacam. Höccət Haqverdi də bizə uğurlu olar. Toplanışın sonuna daha güclü oynamağa çalışacağıq. Son matçımız var. Bundan sonra tam hazır olacağıq. “Sabah”la qarşılaşmaya hazır çatacağımızı düşünürəm”.

Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasının birinci yarısından sonra turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0