“Çelsi”nin müdafiəçisi üçün 47 milyon avro
13.06.2023 - 16:37
“Brayton” “Çelsi”nin futbolçusu Levi Kolvilli almağa qərar verib.
Apasport.az saytının məlumatına görə, “qağayılar” ötən mövsüm icarəyə götürdüyü müdafiəçini heyətində saxlamaq niyyətindədir.
“Brayton” rəhbərliyi Kolvill üçün 47 milyon avro ödəməyə razıdır. Lakin “Çelsi” yetirməsini buraxmaq fikrindən uzaqdır. Onun London təmsilçisi ilə anlaşması 2025-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, müdafiəçi başa çatan mövsümdə Premyer Liqanın 17 oyununda 2 assistə imza atıb.
0
0