“İnter Mayami”nin futbolçusu Lionel Messi MLS-in 2024-cü ildəki 7 oyununu buraxacaq.
Apasport.az xəbər verir ki, buna əsas səbəb Amerika kubokudur. Argentina millisi ilə qitəmiqyaslı turnirdə oynayacaq Messinin buraxacağı matçların da siyahısı bəllidir. O, “Filadelfiya”, “Kolambus Kryu”, “Neşvill”, “Şarlott” və “Sinsinatti” ilə görüşlərdə iştirak edə bilməyəcək.
Amerika kuboku iyunun 20-dən iyulun 14-dək keçiriləcək. MLS oyunların cədvəlini FİFA təqvimi ilə uyğunlaşdırmağı üçün hər iki turnirin matçları eyni vaxta təsadüf edəcək.
Lionel martda da iki qarşılaşmadan kənar qalacaq. O, yığmaların oyunları üçün FİFA-nın pəncərəsi zamanı “Di Si Yunayted” və “Nyu-York Red Bull”a qarşı forma geyinə bilməyəcək.
Qeyd edək ki, MLS-də yeni mövsümə fevralın 21-də start veriləcək.