Lionel Messi: “Sən ən yaxşısan”
31.10.2023 - 12:02
Lionel Messi: “Sən ən yaxşısan”

"İnter Mayami”nin hücumçusu Lionel Messi səkkizinci dəfə aldığı “Qızıl top”u Dieqo Maradonaya həsr edib.

Apasport.az xəbər verir ki, argentinalı superulduz bu addımını “France Football”ın təşkil etdiyi “Qızıl top”un mükafatlandırma mərasimində açıqlayıb.

Messi Maradonanı ən yaxşı futbolçu adlandırıb: “Dieqonu xatırlatmaq istədim. Ona xoşbəxt ad günü arzulamaq üçün buradan yaxşı yer yoxdur. Onun ətrafında futbolu ona görə sevən bir çox insan var. Harda olursan ol, Dieqo. Sən ən yaxşısan. Doğum günün mübarək”.

Qeyd edək ki, Argentina futbolunun əfasnəsi sayılan Maradona 2020-ci ildə dünyasını dəyişib.
 

writer photo
Əlirza Əlirzalı
0