Ronaldo: "Messi dünya çempionluğuna layiqdir!"
25.12.2022 - 00:33
Ronaldo: "Messi dünya çempionluğuna layiqdir!"

“Messi çempionatda çox gözəl anlar yaşadı. O bir neçə dəfə yığmasını xilas etdi".

Apasport.az xəbər verir ki, bunu Braziliya millisi ilə ikiqat dünya çempionu olmuş Ronaldo deyib.

Ronaldo Argentina millisinin hücumçusu Lionel Messini tərifləyib: "O, xətlər arasında çox məharətlə hərəkət edir və bir dəfə başqasının cərimə meydançasına yaxınlaşanda onu dayandırmaq demək olar ki, mümkün deyil. O, çempionluğa layiqdir!"

Ronaldo Fransa millisinin futbolçusu Kilian Mbappe haqda da xoş sözlər deyib: “O, ilk oyundan sonuncuya qədər möhtəşəm dünya çempionatı keçirdi. Hətta İngiltərə və Mərakeşlə oyunlarda olduğu kimi qol vura bilməyəndə də ağıllı ötürmələr verərək həlledici rol oynadı.

Finalda o əla idi və penaltilər seriyası da daxil olmaqla 4 dəfə qol vurdu. Onun heyrətamiz texnikası var, demək olar ki, qarşısıalınmazdır. O, turnirin ən yaxşı oyunçusu ola bilərdi, buna layiqdir.

Dünya çempionatında çoxlu sürətli hücumçular var idi, lakin o, ən sürətlisidir. Ona baxdıqca ən gözəl anlarım yadıma düşür. O, sərbəst zonalardan necə yararlanmağı, həm topla, həm də topsuz gözlənilməz hərəkət etməyi, istənilən dueldən maksimum yararlanmağı yaxşı bilir. O, təsiredicidir”.

writer photo
Əlirza Əlirzalı
0