Millimiz Bakıya qayıtdı
28.06.2023 - 10:40
Millimiz Bakıya qayıtdı

Taekvondo üzrə milli komandamız bu gün vətənə qayıdıb.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.

Polşada keçirilən III Avropa Oyunlarından vətənə qayıdan millimizi Heydər Əliyev adına beynəlxalq hava limanında federasiya rəhbərliyi, məşqçi-müəllimlər və idmançılar qarşılayıb. Əməkdar məşqçi Məmməd Abdullayevin rəhbərliyi ilə yarışa qatılan milli komandamız yarışda 2 medal qazanıb.

Qeyd edək ki, Səyyad Dadaşov (54 kq) gümüş, Qasım Maqomedov (58 kq) bürünc mükafata sahib olub.
 

writer photo
Əlirza Əlirzalı
0