“Liverpul” Salahın əvəzinə Osimheni düşünür
19.10.2023 - 22:08
“Liverpul” Salahın əvəzinə Osimheni düşünür

“Liverpul” Viktor Osimheni transfer siyahısına daxil edib.

Apasport.az saytı xəbər verir ki, baş məşqçi Yurgen Klopp skaout komandasına bu barədə tapşırıq verib.

Nigeriya yığmasının forvardı Avropanın bir çox klublarının transfer hədəfindədir. “Liverpul”un rəhbərliyi Osimhenə Məhəmməd Salahın mümkün əvəzləyicisi kimi baxır. Misirli futbolçunun qışda Səudiyyə Ərəbistanına getməsi mümkündür. 

Qeyd edək ki, “Napoli”nin hücumçusu ilə baş məşqçi Rudi Qarsiya münaqişə yaşanıb. Bundan başqa, klubunn sosial şəbəkədə futbolçu ilə bağlı paylaşımı Osimhenin komandanı tərk etməsinə şərait yaradıb.
 

writer photo
Əlirza Əlirzalı
0