Sübhan Axundov Avropa çempionu olub
24.11.2024 - 20:21
Sübhan Axundov Avropa çempionu olub

Yunanıstanın Saloniki şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna yekun vurulub.

Apasport.az xəbər verir ki, turnirinin ikinci Azərbaycan cüdoçuları daha 4 medal medal əldə ediblər.

Oğlanlar arasında Sübhan Axundov (+90 kq) bütün rəqiblərinə qalib gələrək, Avropa çempionu tituluna sahib çıxıb. Səid Şərifov (73 kq), Amin Mehdiyev (81 kq), Tunar Fərzəliyev (+90 kq) isə bürünc medalla kifayətlənib.

Turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər.

Qeyd edək ki, yığmamız Avropa Kubokuna 8 çəki dərəcəsində 20 cüdoçu ilə qatılıb.

writer photo
Əlirza Əlirzalı
0