“Mançester Yunayted” onunla danışıqlara başladı
12.09.2023 - 17:12
“Mançester Yunayted” onunla danışıqlara başladı

“Mançester Yunayted” heyəti yeni hücumçu ilə gücləndirir.

Apasport.az saytı xəbər verir ki, Premyer Liqa təmsilçisi PSV-dən ayrılan hücumçu Ənvər Əl Qazini transfer etməyi düşünür.

Komanda rəhbərliyi 28 yaşlı niderlandlının agentləri ilə danışıqlara start verib. Sentyabrın 1-də PSV-ni tərk edən Əl Qazi "Ayaks", "Lill", "Aston Villa" və "Everton"da da çıxış edib. 

Qeyd edək ki, “qırmızı şeytanlar”da hücumçular Entoni və Ceydon Sanço ilə bağlı qeyr-müəyyənlik davam edir. Keçmiş sevgilisinə qarşı zorakılıqda ittiham olunan Entoni məşqlərdən kənarlaşdırılıb. Baş məşqçi Erik ten Haqla yola getməyən Sanço isə qışda komandanı tərk edə bilər.

writer photo
Əlirza Əlirzalı
0